Daha sonra Rayonun Təhsil şöbəsinin müdiri Sirac Qarayev çıxış edərək bildirib ki, ölkəmizdə Bilik Günü kimi qeyd edilən 15 sentyabr hər bir məktəblinin və valideynin həyəcanla gözlədiyi bir gündür. Bütün dünyada olduğu kimi, ölkəmizdə də yay tətili ilə əlaqədar yaranmış fasilə ilə bağlı şagirdlər məktəbdən bir müddət ayrı qaldıqları üçün həmin gün daha həyəcanlı olurlar. Onlar doğma siniflərinə, məktəblərinə yenidən qovuşduqları üçün sevinirlər. Sirac Qarayev "Bilik Günü" münasibətilə müəllim və şagirdləri təbrik edib. Sonda məktəbdə siniflərə baxış keçirilib və dərslərdə iştirak edilib.