Sədərək Rayonunda 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib

Sədərək Rayon İcra Hakimiyyətində 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib. Təbirdə rayonun icra başçısı Naim Cahidzadə, icra hakimiyyəti aparatının əməkdaşları, icra nümayəndələri və rayonda dövlət qulluğu sahəsində fəaliyyət göstərən təşkilatların əməkdaşları iştirak ediblər. Tədbirdə rayon icra başçısı Naim Cahidzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda xidmətlərindən, Prezident İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıdan, rayonda görülən və görüləcək işlərdən bəhs edib, peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib. Tədbirdə Qaraağac İƏD üzrə nümayəndəsinin müavini Əliyev Etibar və Təhsil şöbəsinin məsləhətçisi Rzayev Kəramət çıxış edərək dövlət qulluqçularını təbrik edib, hər bir dövlət qulluqçusuna gələcək işlərində uğurlar arzuladılar. Sonda dövlət qulluğunda fərqlənən bir qrup əməkdaşlar rayon rəhbəri tərəfindən təşəkkürnamələrlə təltif ediliblər.