24.01.2025-ci il tarixində Sədərək Rayon Uşaq Musiqi məktəbinin 2024-2025-ci Tədris ili üzrə 1-ci yarımilin başa çatması ilə əlaqədar olaraq hesabat konserti keçirilmişdir.
Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən Hesabat Konsertində Sədərək Rayon İcra Hakimiyyətinin Başcısı və Rayon İctimaiyyətinin nümayəndələri, Sədərək Rayonundakı Ümumtəhsil məktəblərin aşağı sinif şagirdləri, müəllimlər, valideyinlər iştirak etmişlər.
Azərbaycan və Dünya musiqi nümunələrindən ibarət bir-birindən maraqlı və rəngarəng 12 nömrə ilə çıxış edən şagirdlərin ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.