“Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar respublikası baş idarəsinin Sədərək Rayon Şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı, Sədərək rayon Ağsaqqallar şurasının sədri, Sədərək rayon Prokurorluğunun əməkdaşı, Rayon Təhsil şöbəsin əməkdaşı çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışmış, müstəqil Azərbaycan dövlətinin ordusunda xidmət etməyin çox şərəfli və müqəddəs vəzifə olduğunu bildirmiş, çağırışçı gənclərə hərbi biliklərə dərindən yiyələnməyi tövsiyə etmişdilər.