Qanvermə aksiyası keçirilib
Son illər olduğu kimi, bu il də Sədərək rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.
Rayon üzrə 30 vətəndaşdan 15 litr qan tədarük edilib.
Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası axşam saatlarınadək davam edib. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİDS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda qan bankına təhvil verilib.
Beləliklə, qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır. Tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.