Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları ilə görüşüb. Görüşdə səhiyyə sahəsində görülmüş tədbirlər və bu sahədə mövcud olan problemlər müzakirə edilmişdir.
Naim Cahidzadə çıxışını Ulu Öndərin “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”sözləri ilə açaraq, görülən işlərə ümumi qiymət verərək bildirmişdir ki, son illər ərzində respublikamızda eləcə də rayonumuzda bütün sahələrlə yanaşı səhiyyə sahəsində də xeyli işlər görülmüşdür. Həmçinin dövlət tibb müəssisələrində xidmətin keyfiyyətinin artırılması, maliyyə-təsərrüfat intizamına ciddi riayət olunması, Cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində tikilib,ərsəyə gəlmiş,müasir standartlara uyğun xəstəxanada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi tövsiyyə edilmişdir. Görüşdə rayon səhiyyəsinin fəaliyyətinə dair aparılan müzakirələrdə, bu sahədə çalışan əməkdaşların müraciət və təklifləri qəbul olunub, rəyləri dinlənilib. Onlar həmçinin ölkə səhiyyəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.