Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Sədərək rayon İcra Hakimiyyətində "Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Sədərək rayon İcra Hakimiyəti başçısının müavini Pərviz Ağayev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.