
Sədərək rayonunun Qaraağac kəndində quşçuluq təsərrüfatının inkişafı istiqamətində təsərrüfat sahibləri ilə səyyar görüş keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə kənd sakinləri ilə səyyar görüş keçirib. Görüş zamanı rayon ərazisində quşçuluq sahəsinin inkişafı, yerli təsərrüfatlarda istehsalın artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində müzakirələr aparılıb.
İcra başçısı bildirib ki, dövlətin kənd təsərrüfatına, xüsusilə də quşçuluq sahəsinə göstərdiyi dəstək nəticəsində bu sahə Sədərək rayonunda inkişaf edir. Görüş zamanı vətəndaşların təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.
Sədərək Rayon İcra Hakimiyyəti quşçuluq təsərrüfatlarının genişləndirilməsi və sahibkarlığın inkişafı istiqamətində tədbirləri davam etdirəcək.


