Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə növbəti səyyar görüşü Sədərək kəndinin bir ucu dağlara söykənən ucqar Hamamçılar məhəlləsində tarixdən bir yarpaq kimi düşüb qalmış uçuq, adı da özü kimi köhnə olan Köhnə Hamam adlanan tikilidə keçirdi. Turizmin inkişafı üçün rayonun hər qarışı araşdırılır. Mövzu ilə əlaqədar rayonun bir qrup ziyalısı ilə keçirilən görüşdə köhnə hamamın tarixinin araşdırılması üçün daha çox işlərin görülməsi nəzərdə tutuldu. Marağı olan sahibkarların dəstəyi ilə Köhnə Hamamı turistlərin və yerli əhalinin ziyarətinə və istifadəsinə verilməsi üçün təkliflərin çox önəmli olduğunun əhəmiyyətli olduğu qeyd edildi. İcra başçısı Köhnə Hamamın tarixinin düzgün araşdırılması üçün müvafiq tapşırıqlar verdi və tikilinin yenidən bərpa olunması üçün müvafiq işlər görüləcəyini bildirdi.