Naim Cahidzadə Heydərabad qəsəbə körpələr evi- uşaq bağçasının müəllim və fidan kollektivi ilə görüşüb

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad qəsəbə  körpələr evi-uşaq bağçasında olub. Rayon rəhbəri  bağçanın müəllim və fidan kollektivi  ilə görüşüb, uşaqların saxlanma şəraiti, davamiyyəti, tibbi müayinə olunmaları və qida rasionu ilə maraqlanıb.

İcra başçısı  kollektivə gələcəyimiz olan uşaqların sağlamlıqlarının diqqət mərkəzində saxlanması üçün gündəlik gigeyina qaydalarına düzgün riayət etməyi, balacaların hər birinə  fərdi qaydada yanaşmağı tövsiyə edib. Bu gün bu gözəl balalarla görüşün əsas məqsədi onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Çünki uşaqlara olan qayğı Vətənin gələcəyinə olan qayğıdır. Bu gün nə qədər yaxşı diqqət ayırsaq, qayğı ilə yanaşsaq gələcəkdə o qədər sağlam nəsil yetişdirmiş olarıq. Rayondakı bağçalar tam müasir tələblərə cavab verən  səviyyədədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç nəyi ilə geri qalmır.  İcra başçısı körpə fidanların söylədikləri şeirləri dinləyib, onlarla səmimi söhbət edib. Sonra müəllim kollektivi ilə görüşən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb.

Heydərabad qəsəbə körpələr evi- uşaq bağçasının müdiri Əhmədova Nurtac rayon rəhbərinə  müəllim-fidan kollektivi barədə ətraflı məlumat verib, eləcə də onlara göstərdiyi qayğıya və səmimi münasibətə görə rayon rəhbərliyinə müəllim kollektivi adından minnətdarlığını bildirib.

 Sonda uşaqlar və fidanlarla xatirə şəkli çəkdirib.