
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində təsərrüfatçılarla görüş keçirib. Görüş zamanı icra başçısı təsərrüfatçılarla söhbət apararaq üzümçülüyün inkişafı, texniki sortların artırılması və bu sahədə görüləcək işlər barədə fikirlərini bölüşüb.
İcra başçısı rayonda konserv müəssisəsinin tikilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə bir müəssisə həm üzüm istehsalının səmərəliliyini artıracaq, həm də işsizliyin aradan qaldırılmasına və yerli iqtisadiyyatın inkişafına mühüm töhfə verəcəkdir.
Görüş zamanı kənd sakinlərinin təklif və fikirləri dinlənilib, üzümçülük sahəsinin genişləndirilməsi istiqamətində tapşırıqlar verilib.

