Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş vətandaşlarla görüşmüşdür.
Məlumat üçün bildirək ki, ötən dövrdə Sədərək rayonunda 106 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılmışdır.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə özünüməşğulluq proqramı çərçivəsində Dəmirçi kəndində kiçik maldarlıq təsərrüfatları ilə məşğul olan sakinlərlə görüşmüş, onların problemləri ilə yaxından maraqlanmışdır.
Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına cəlb olunmuş qadınlar maldarlıq təsərrüfatları yaratmaqla kiçik bizneslərini qurmuşdurlar.
Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə etmiş, verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını diqqətə çatdırmışdırlar.