Sədərək rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində aqrar sahə ilə məşğul olan fermerlərlə səyyari görüş keçirib. Rayon rəhbəri çıxışında Rayonumuzun təbii iqlim şəraiti üzümçülük təsərrüfatı ilə məşğul olmağa çox əlverişli olduğunu fermerlərə xatırladaraq qeyd edib ki, haliyədə üzümçülük təsərrüfatı işləri ilə məşğul olan vətəndaşlarımıza lazımi şərait yaradılıb. Bildiyiniz kimi Sədərək rayonunda üzümçülüyün inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bunun üçün süfrə üzümü və şərabçılıq sahəsinin artırılması üçün əkin sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması vəzifələri müəyyənləşdirilib. Rayonun üzümçülüklə məşğul olan torpaq mülkiyyətçiləri ilə söhbət zamanı bildirdilər ki, rayonda bu sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər hər kəsin ürəyincədir. Çünki bu sahə inkişafının ən yüksək zirvəsinə çatarsa əhalinin məşğulluğu təmin olunacaq, bu sahə ilə əlaqəli olan istehsal müəssisələri həyata vəsiqə alacaq.Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin imkanlarını daha da artıracaq. Xatırladaq ki, aprel ayında rayonumuzda yeni üzüm bağı salınıb. “Dəhnə” adlanan ərazidə 3 hektar sahədə yeni üzüm tingləri əkilib.
Fermerlər dövlət nümayəndələrinə minnətdarlıq bildirdilər ki, hər zaman onların qayğısına qalır, güzəranlarını daha da yaxşılaşdırmağa çalışır.