Sədərək Rayon İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Sədərək rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin və təhsil müəssisələri əməkdaşlarının iştirakı ilə “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər.