Sədərək rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər 2025-ci ildə də davam etdirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə sənaye məhsulu 33,6 faiz, əsas kapitala yönəldilən vəsaitlərin dəyəri 38,1 faiz, pərakəndə ticarət dövriyyəsi 4,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu 4,5 faiz, informasiya və rabitə xidmətləri 25,2 faiz azalmışdır.
Sədərək rayonunun iqtisadi və sosial
inkişafının əsas göstəriciləri
|
Müqayisə predmeti |
2025-ci ildə , faktiki |
2024-cü ilə nisbətən, faizlə |
|
Ümumi məhsul buraxılışı, min manat |
35 892,0 |
107,6 |
|
Sənaye məhsulu, min manat |
9 461,9 |
133,6 |
|
Əsas kapitala yönəldilən vəsaitlər, min manat ondan tikinti-quraşdırma işləri |
5 062,9 2 827,0 |
138,1 81,4 |
|
Kənd təsərrüfatı məhsulu, min manat |
14 933,6 |
95,5 |
|
Nəqliyyat sektorunda yükdaşınması, min ton |
112,3 |
101,1 |
|
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
469,1 |
101,2 |
|
İnformasiya və rabitə xidmətləri, min manat |
224,6 |
74,8 |
|
Pərakəndə ticarət dövriyyəsi, min manat |
19 128,7 |
104,0 |
|
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
4565,3 |
100,1 |
Ümumi məhsul buraxılışı
2025-ci ildə Sədərək rayonunda iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər davam etdirilmişdir. Rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi 35 milyon 892 min manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 7,6 faiz çox olmuşdur.
Ümum məhsul buraxılışının həcmi
min manatla
|
Fəaliyyət sahələri |
2025-ci ildə faktiki, qiymətlərlə |
|
Sənaye |
9 461,9 |
|
Tikinti-quraşdırma |
2 827,0 |
|
Kənd təsərrüfatı |
14 933,6 |
|
Nəqliyyat və anbar təsərrüfatı |
2 323,6 |
|
İnformasiya və rabitə |
224,6 |
|
Ticarət |
6 121,3 |
|
YEKUN |
35 892,0 |
Sənaye
Sədərək rayonu üzrə 2025-ci ildə ev təsərrüfatlarında sənaye məhsulu istehsalı, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi sənaye sahəsində fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla sənaye məhsulunun və sənaye xarakterli xidmətlərin dəyəri 9 milyon 461 min 900 manat, yaxud 2024-cü illə müqayisədə 33,6 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənayedə dövlət sektorunun payı 925 min 100 manat və ya 9,8 faiz, qeyri-dövlət sektorunun payı 8 milyon 536 min 800 manat və ya 90,2 faiz olmuşdur.
İstehsal olunmuş məhsulun 90,2 faizi emal sənayesinin, 9,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı , bölüşdürülməsi və təсhizatı, 0,5 faizi isə su təhcizatı; tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
2025-ci ildə sənayenin strukturu
Emal sənayesində 2025-ci ildə 8 milyon 536 min 800 manat dəyərində məhsul istehsal olunmuşdur .
Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı |
2025-ci ildə istehsal edilmişdir, min manat |
|
Emal sənayesi – cəmi |
8 536,8 |
|
o cümlədən |
|
|
qida məhsullarının istehsalı |
7 987,2 |
|
içki istehsalı |
314,4 |
|
toxuculuq sənayesi |
25,7 |
|
rezin və plastik kütlə məmulatlarının istehsalı |
16,8 |
|
tikinti materiallarının istehsalı |
49,9 |
|
mebellərin istehsalı |
142,8 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-ci ildə 883 min 100 manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvaviq dövrü ilə müqayisədə 33,3 faiz çox məhsul istehsal olunmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 42 min manat təşkil etmiş, əvvəlki illə müqayisədə 53,7 faiz artım müşahidə olunmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı |
2025-ci ildə istehsal edilmişdir, min manat |
2024-cü ilə nisbətən, faizlə |
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
883,1 |
133,3 |
|
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
42,0 |
153,7 |
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla rayonun sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2026-cı il vəziyyətinə 1 min 500 manat dəyərində hazır məhsul qalmışdır.
Tikinti-quruculuq tədbirləri
Sədərək rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2025-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyon 62 min 900 manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 2 milyon 827 min manat təşkil etmişdir.
Əsas kapitala yönəldilən investisiyaların dövlət sektorunun payı 2 milyon 293 min 800 manat və ya 45,3 faiz, qeyri-dövlət sektorunun payı 2 milyon 769 min 100 manat və ya 54,7 faiz olmuşdur.
Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dövlət sektorunun payı 292 min 100 manat və ya 10,3 faiz, qeyri-dövlət sektorunun payı 2 milyon 534 min 900 manat və ya 89,7 faiz olmuşdur.
Əsas kapitala yönəldilən investisiyaların həcmi 2024-cü illə müqayisədə 38,1 faiz artmış, tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin həcmi isə 18,6 faiz azalmışdır.
Mənzil-kommunal təsərrüfatı.
Sədərək rayonunun Dəmirçi kəndində bir mərasim evinin tikintisi davam etdirilmişdir.
İstehsal və Xidmət sahələri
Qaraağac kəndində yanacaqdoldurma məntəqəsinin yaradılması;
Sədərək kəndində yükdaşıma xidmətinin genişləndirilməsi başa çatdırılmışdır.
Bu dövr ərzində Dəmirçi kəndində avtoservis və iaşə xidməti sahəsinin;
Sədərək kəndində iaşə xidməti sahəsinin yaradılması;
Sədərək kəndində heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.
Kənd təsərrüfatı
Sədərək rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı və əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi istiqamətində də işlər davam etdirilmişdir. 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyon 933 min 600 manat təşkil etmişdir ki, onun da 4 milyon 238 min 600 manatı heyvandarlıq, 10 milyon 695 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Kənd təsərrüfatının ümumi məhsulunun strukturu
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,5 faiz azalmış, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,4 faiz, bitkiçilik məhsulları istehsalı isə 5,6 faiz azalmışdır.
Kənd təsərrüfatı məhsulu haqqında
min manat
|
Sahələr |
2025-ci il |
2024-cü ilə nisbətən, faizlə |
|
Heyvandarlıq |
4 238,6 |
98,6 |
|
Bitkiçilik |
10 695,0 |
94,4 |
|
Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı |
14 933,6 |
95,5 |
Bitkiçilik: Rayonda 2025-ci ilin məhsulu üçün 2643,3 hektar sahədə əkin aparılmışdır. Əkin sahəsinin 1259,7 hektarını dənli və dənli paxlalılar (qarğıdalısız), 10,9 hektarını dən üçün qarğıdalı, 1,5 hektarını dən üçün günəbaxan, 32,7 hektarını kartof, 77,7 hektarını tərəvəz, 18,9 hektarını ərzaq üçün bostan bitkiləri, 94,7 hektarını cari ilin çoxillik otları və 1147,2 hektarını isə əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil etmişdir.
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ha
|
|
|
2025-ci il, 2024-cü ilə nisbətən, faizlə |
|
|
2025 |
2024 |
||
|
Əkilmiş sahə |
2643,3 |
2919,6 |
90,5 |
|
Dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) |
1259,7 |
1610,2 |
78,2 |
|
o cümlədən |
|
|
|
|
Buğda |
56,4 |
164,9 |
34,2 |
|
arpa |
1191,7 |
1434,6 |
83,1 |
|
paxlalılar |
11,6 |
10,7 |
108,4 |
|
Dən üçün qarğıdalı |
10,9 |
8,6 |
126,7 |
|
Dən üçün günəbaxan |
1,5 |
1,0 |
150,0 |
|
Kartof |
32,7 |
33,8 |
96,7 |
|
Tərəvəz |
77,7 |
72,7 |
106,9 |
|
Bostan bitkiləri |
18,9 |
21,8 |
86,7 |
|
Cari ilin çoxillik otları |
94,7 |
77,3 |
122,5 |
|
Əvvəlki illərin çoxillik otları |
1147,2 |
1094,2 |
104,8 |
Sədərək rayonunda məhsul yığımı başa çatmışdır. 2025-ci ildə əkin sahələrindən 4616,0 ton dənli və dənli paxlalılar, 38,7 ton dən üçün qarğıdalı, 2,9 ton dən üçün günəbaxan, 753,0 ton tərəvəz, 552,6 ton kartof, 205,8 ton bostan məhsulları, 609,7 ton meyvə və giləmeyvə, 612,0 ton üzüm yığılmışdır. Keçən illə müqayisədə dənli və dənli paxlalılar istehsalı 20,4 faiz, dən üçün qarğıdalı 34,5 faiz, kartof istehsalı 3,3 faiz, bostan məhsulları istehsalı 12,8 faiz azalmış, dən üçün günəbaxan istehsalı 52,6 faiz, tərəvəz istehsalı 1,1 faiz, meyvə və giləmeyvə istehsalı 2,5 faiz, üzüm istehsalı 0,8 faiz artmışdır.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, sent/ha
|
|
2025-ci il |
2025-ci il, 2024-cü ilə nisbətən, faizlə |
|
Dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı |
36,6 |
101,7 |
|
o cümlədən |
||
|
Buğda |
36,7 |
101,1 |
|
arpa |
36,8 |
101,9 |
|
paxlalılar |
19,1 |
100,5 |
|
Dən üçün qarğıdalın məhsuldarlığı |
35,5 |
51,7 |
|
Dən üçün günəbaxanın məhsuldarlığı |
19,3 |
103,8 |
|
Kartofun məhsuldarlığı |
169,0 |
100,0 |
|
Tərəvəzin məhsuldarlığı |
96,9 |
94,5 |
|
Bostan bitkilərin məhsuldarlığı |
108,9 |
100,6 |
|
Meyvə və giləmeyvələrin məhsuldarlığı |
29,7 |
102,8 |
|
Üzümün məhsuldarlığı |
65,8 |
100,8 |
Rayonda 2025-ci ildə payızlıq bitkilərin səpini başa çatmışdır. İlkin məlumatlara görə 2026-cı ilin məhsulu üçün 1495,0 hektar sahədə dən üçün payızlıqlar səpilmişdir ki, bunun da 89,8 hektarını buğda, 1405,2 hektarını isə arpa təşkil edir.
Heyvandarlıq: 1 yanvar 2026-cı il tarixə Sədərək rayonunda 2560 baş iribuynuzlu mal-qara olmuşdur ki, bu da 1 yanvar 2025-ci illə müqayisədə 6,9 faiz və yaxud 166 baş çoxdur. Məhsuldar mal-qara olan inək-camışlar iribuynuzlu mal-qaranın 1390 başını və yaxud 54,3 faizini təşkil etməklə 1 yanvar 2025-ci illə müqayisədə 2,4 faiz və yaxud 32 baş çoxdur. 1 yanvar 2026-cı il tarixə Sədərək rayonunda 12540 baş qoyun və keçi olmuşdur ki, bu da 1 yanvar 2025-ci illə müqayisədə 1,5 faiz və yaxud 191 baş çoxdur.
1 yanvar 2026-cı il tarixə Sədərək rayonu üzrə inzibati ərazi dairələrində olan iribuynuzlu mal-qaranın, qoyun və keçilərin sayı:
|
Sıra sayı |
Şəhər və kəndlər |
İribuynuzlu mal-qara, başla |
O cümlədən inək və camışlar, başla |
Qoyun və keçilər, başla |
|
1. |
Heydərabad qəsəbə iəd |
42 |
28 |
147 |
|
2. |
Sədərək kənd iəd |
1415 |
891 |
7217 |
|
3. |
Dəmirçi kənd iəd |
612 |
230 |
3100 |
|
4. |
Qaraağac kənd iəd |
491 |
241 |
2076 |
|
Cəmi |
2560 |
1390 |
12540 |
|
2025-ci ildə Sədərək rayonunda diri çəkidə 364 ton ət, 1498 ton süd, 1 milyon 20 min ədəd yumurta, 22,4 ton yun istehsal edilmişdir. 2024-cü illə müqayisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 2,7 faiz azalmış, yun istehsalı 17,9 faiz, yumurta istehsalı isə 0,6 faiz artmışdır.
Sədərək rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:
|
Məhsulların adı |
2025-ci il |
2024-cü il |
analoji nisbət, faizlə |
|
Ət (diri çəkidə), ton |
364,0 |
369,0 |
98,6 |
|
Süd, ton |
1498,0 |
1539,0 |
97,3 |
|
Yumurta, min ədəd |
1020,0 |
1014,0 |
100,6 |
|
Yun, ton |
22,4 |
19,0 |
117,9 |
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsi 2025-ci ildə də davam etdirilmişdir. Belə ki, 506 süni mayalanma həyata keçirilmiş, əvvəlki dövrlərdə mayalandırılmış inək, düyə və camışlardan 276 baş sağlam bala alınmışdır.
Nəqliyyat
Əhalinin artan tələbatına uyğun olaraq müasir yol - nəqliyyat sisteminin qurulması və səmərəli idarə olunması istiqamətində tədbirlər 2025-ci ildə də davam etdirilmişdir.
2025-ci ildə Sədərək rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 112 min 300 ton yük, 469 min 100 sərnişin daşınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz və sərnişin daşınması isə 1,2 faiz artmışdır.
İnformasiya- rabitə və energetika
2025-ci ildə rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 224 min 600 manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 25,2 faiz azdır.
1 yanvar 2026-cı il tarixə rayonda 3 min 376 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlər.
2025-ci ildə Sədərək rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 4,0 faiz artaraq 19 milyon 128 min 700 manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 1 milyon 396 min 700 manat təşkil etmişdir ki, bu da 2024-cü illə müqayisədə 1,6 faiz çoxdur. 2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artaraq 4 milyon 565 min 300 manat təşkil etmişdir.
Sədərək rayonunda 2025-ci ildə pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:
|
Müqayisə predmeti |
2025-ci il , min manat |
2024-cü ilə nisbətən, faizlə |
|
Pərakəndə ticarət dövriyyəsi, min manat |
19 128,7 |
104,0 |
|
İaşə dövriyyəsi, min manat |
1 396,7 |
101,6 |
|
Ödənişli xidmətlər, min manat |
4 565,3 |
100,1 |
Yeni iş yerləri
2025-ci ildə rayonda 1 yeni iş yeri açılmışdır ki, mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.
Bu dövrdə yaradılmış yeni iş yeri qeyri-dövlət sektorunda açılmışdır.
Yeni iş yerlərinin bölgüsü:
|
Açılmış iş yerlərinin müxtəlif təşkilatlar üzrə bölgüsü |
2025-ci il |
|
Cəmi |
||
|
I rüb |
II rüb |
III rüb |
IV rüb |
||
|
Açılmış iş yerlərinin sayı, cəmi |
1 |
- |
- |
- |
1 |
|
o cümlədən |
- |
|
|
|
|
|
yeni yaradılmış müəssisə və təşkilatlarda |
- |
- |
|
- |
- |
|
mövcud müəssisə və təşkilatlarda |
1 |
- |
- |
- |
1 |
|
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda |
- |
- |
|
|
- |
|
digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.) |
- |
- |
|
|
- |
Demoqrafik vəziyyət
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı 1 dekabr 2025-ci il tarixə 23354 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 155 nəfər və ya 0,7 faiz çoxdur.
Əhalinin ümumi sayının 10,0 faizini şəhər, 90,0 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7 faizini isə qadınlar təşkil edir.
2025-ci ilin yanvar-noyabr aylarında rayonda 155 körpə dünyaya gəlmiş, 84 nəfər vəfat etmişdir. Daimi yaşamaq üçün 70 nəfər qeydiyyata alınmış, 6 nəfər isə köçüb digər bölgələrə getmişdir. Bu dövrdə bağlanan nigahların sayı 92 , boşanmaların sayı isə 23 ədəd olmuşdur.
Demoqrafik göstəricilər:
|
2025-ci ilin yanvar-noyabr aylarında |
|
|
Əhalinin sayı- nəfərlə (01.12.2025-ci il tarixə) |
23354 |
|
Doğulanların sayı-nəfər |
155 |
|
Ölənlərin sayı-nəfər |
84 |
|
Gələnlərin sayı- nəfər |
70 |
|
Gedənlərin sayı –nəfər |
6 |
|
Nigahların sayı -ədəd |
92 |
|
Boşanmaların sayı -ədəd |
23 |