"Hamamçılar" qəbiristanlığında təmizlik aksiyası

Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sədərək kəndi ərazisində yerləşən "Hamamçılar" qəbiristanlığında təmizlik aksiyası keçirilib.
Aksiyada Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı “Hamamçılar” qəbirstanlığında təmizlik və abadlıq işləri həyata keçirilib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb.