Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Dəmirçi kəndinin mədəniyyət işçiləri ilə görüş keçirib. Naim Cahidzadə görüşdə çıxış edərək bildirib ki, ölkəmizdə bütün sahələr kimi mədəniyyət və incəsənət sahəsinə də dövlətimiz tərəfindən göstərilən xüsusi qayğı, təməlində mədəni irsin qorunması duran bu siyasi xətt də Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq miqyasda milli mədəniyyətimiz layiqincə qorunur, təşviq və inkişaf olunur, mədəniyyət işçilərinin peşəkar inkişafına xüsusi dəstək göstərilir, milli mədəniyyətin bütün sahələrində zəruri infrastruktur, şərait, maddi-texniki baza yaradılır.
Görüşdə Sədərək rayon mədəniyyət işçilərinin bir sıra vacib məsələlərə münasibətləri və fikirləri öyrənilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.