Dəmirçi kəndində Vətən müharibəsi şəhidi Sadıqlı Məmmədhəsən Meydan oglunun ailə üzvləri ilə görüş

Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasının həkimləri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər.

24.02.2025-ci il tarixində Sədərək  Rayon Mərkəzi Xəstəxanasının həkimləri Dəmirçi kəndində Vətən müharibəsi şəhidi Sadıqlı Məmmədhəsən Meydan oglunun ailə üzvləri ilə görüşüb.

Sədərək Rayon  İcra Hakimiyyəti və Mərkəzi Xəstəxananın əməkdaşları görüşdə şəhid ailəsinin sosial qayğısı ilə maraqlanıblar. Şəhidimizin ailə üzvləri həkimlər tərəfindən müayinə edilib və onlara müvafiq müalicələr yazılıb.

Qeyd edək ki, Sadıqlı  Məmmədhəsən Meydan oğlu  27 oktyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda döyüşdə şəhid olub. Şəhidimizin bir oğlu var.