Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dəmirçi kənd inzibati ərazi dairəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı “Dövlətçilik” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki ,Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir, xalqımızın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllərə gedib çıxır. Azərbaycan ərazisində ilk dövlət quruluşu hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Güclü xarici siyasət yürüdən qədim Azərbaycan dövlətləri regionda öz qüdrətilə fərqlənən siyasi qurum kimi çıxış edirdilər. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması, məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi yenidən bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir. Heydər Əliyevin adını dövlətçilik şüuru ilə identifikasiya etmək olar. Ötən əsrin 90-cı illərində 5 min illlik yaşı olan Azərbaycan dövləti parçalanmış vəziyyətdə idi. Belə olan halda, xalqın güclü idarəetmə qabiliyyətinə malik liderə ehtiyacı vardı. O, hakimiyyətə gələrək, pərakəndə halda olan dövləti inkişaf edən hüquq sisteminə çevirməyə müvəffəq oldu. Formal olaraq, müstəqil olan ölkədə dövlətçilik ənənələrini formalaşdırdı. Bu gün Cənab Prezident İlham Əliyev Ulu Öndər siyasətinin layiqli varisi olaraq, xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməkdə davam edir.