Tədbirdə çıxış edən Dəmirçi kənd orta məktəbinin müəlliməsi Əhmədova Fəridə bildirib ki, erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin növbəti qanlı səhifəsi olan Xocalı soyqırımı bəşər tarixində misli görülməmiş dəhşətləri ilə yaddaqalan soyqırımlarla eyni sırada dayanır.
Ə.Fəridə bildirib ki, rəşadətli Azərbaycan Ordusu bu faciədən 28 il sonra ermənilərin vəhşiliklərini cavabsız qoymadı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu mənfur düşməni darmadağın edərək bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, işğal altında qalan torpaqlarımız azad edildi, Xocalının qisası alındı.
Sonda "Tarixin izi -Xocalı" adlı film nümayiş etdirilib.