Ətraf mühitin qorunması və iqlim dəyişikliyinə töhfə vermək məqsədilə "Yaşıl bir dünya üçün həmrəy olaq!" şüarı ilə keçirilən ağacəkmə aksiyasında Naxçıvan - Sədərək magistralının kənarlarında və rayonun Dəmirçi kəndində 4 gün ərzində 3500 ədəd ting əkilib. Həmçinin ərazilərdə təmizlik, abadlıq işləri də aparılıb. Oktyabrın 27-dək davam edəcək aksiyada 10000-dən artıq ağac əkilməsi nəzərdə tutulub.