Sədərəkdə “9 noyabr – Bayraq günü”nə həsr edilmiş tədbir

Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “9 noyabr – Bayraq günü”nə həsr edilmiş tədbir keçirilmişdir .
Bayraq meydanında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədərək Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Şərafəddin Şükürov çıxış edərək bildirdi ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul olunub. Şərafəddin Şükürov dövlət atirubutlarına hörmət və ehtiramın yüksək səviyyədə olduğunu və bunun Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlandığını qeyd edib. Müstəqilliyimizin simvolu olan dövlət atirubutların məna və mahiyyətini gənc nəslə aşılamaq məqsədi ilə 2009-cu ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə sərancam imzaladığını və həmin sərəncamdan sonra hər il 9 noyabr tarixini bayram kimi qeyd edildiyini diqqətə çatdırıb. Daha sonra icra hakimiyyətinin əməkdaşı İbrahim Hənifəzadə, Sədərək kənd 2 saylı tam orta məktəbin müəllimi Əlizadə Nurlan, Sədərək kənd 1 saylı tam orta məktəbin müəllimi Əsgərli Vurğun çıxış edərək bildirdilər ki, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verdiyini vurğulayıblar.
Daha sonra məktəbli şagirdlər vətənə, qələbəyə həsr edilmiş şeirlər səsləndiriblər.