Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda ilin ilk ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayonda fəaliyyət göstərən dövlət təşkilatlarının əməkdaşları və Sədərək Xeyriyyə Cəmiyyətinin rəhbər heyətinin iştirakı ilə keçirilib.
Rayonda keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində Heydərabad qəsəbəsi ərazisində 0.7 hektar torpaq sahəsində 550 ədəd müxtəlif növ tinglər əkilmişdir. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.