Sədərək rayonunda Novruz Bayramı qeyd edilib.
Sədərək Rayonunda Novruz Bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edillmiş, dövlət himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara ailə səadəti və xoşbəxtlik, süfrələrində bol ruzi-bərəkət arzulamışdır.
İcra başçısı vurğulamışdır ki, əsrin sınaqlarından uğurla çıxaraq bu günlərə qədər gəlib çıxmış və xalqımızın milli adət və ənənələrini, ümumbəşər ideyalarını özündə əks etdirən Novruz bayramı ən əziz və müqəddəs bayram kimi öz gəlişi ilə insanlara sonsuz sevinc gətirir. Novruzun gəlişi ilə ana təbiət canlanır, torpağa hərarət gəlir, insanların qurub-yaratmaq əzmi artır.
44 günlük tarixi zəfərdən sonra Novruz bayramı xalqımız üçün daha möhtəşəmdir. Çünki uzun illər ayrılıqdan sonra xalqımız bu bayramı torpaqlarımızın azad edilməsində Zəfər Qələbəsi çalmış fateh kimi qeyd edir.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, dövlətimizin qüdrəti, şanlı ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində əldə olunmuş bu tarixi Qələbə artıq Novruz bayramında xalqımıza qürurlu günlər yaşadır.
Bayram tədbiri Sədərək rayon Mədəniyyət şöbəsinin incəsənət ustalarının və şagirdlərin ifasında rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.