Sədərək rayonunda şəhid ailələri ziyarət edildi.
Sədərək rayonunda rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları “8 Noyabr Zəfər günü” münasibətilə şəhid ailələrini ziyarət ediblər.
Görüş zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Sədərək rayonunda da Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin ziyarət olunduğu, onları narahat edən poblemlərin dinlənildiyi vurğulanmış, bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısı ilə əhatə olunacaqları diqqətə çatdırılmışdır. Eyni zamanda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçımıza və onun muxtar respublikadakı səlahiyyətli nümayəndəsinə minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.