18 oktyabr 2024 -cü il tarixində Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Müstəqilliyin bərpası günü" münasibətilə rayon Mədəniyyət Sarayında konsert proqramı təşkil olunmuşdur.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir.