Sədərək rayon gəncləri növbəti təmizlik aksiyasında.

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gənclərinin iştirak etdiyi növbəti təmizlik aksiyası rayon ərazisində yerləşən Şirarxı ətrafında keçirilib. Sədərək rayonunun kəndlərində və qəsəbəsində davamlı şəkildə aparılan abadlıq, təmizlik, təmir və bərpa işləri həyata keçirilməkdədir.
Rayon ərazisindəki parklarda, məhəllələrarası sahələrində, eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır, küçələrdə səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər yuyularaq müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılır, ağacların qurumuş budaqları budanır, yabanı quru, alaq otlar təmizlənir.