Sədərək kəndində yeni tikilmiş Mərasim evinin açılışı olub.

 
Sədərək rayonunun Sədərək kəndində yeni tikilmiş Mərasim evinin açılışı olub. Rayonda fəaliyyət göstərən təşkilatların əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, rayon ağsaqqallarının, din xadimlərinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə açıb. Mərasim evinin açılışı və Ramazan bayramı münasibətilə yerli sakinləri təbrik edərək, bu möhtəşəm tikilinin ərsəyə gəlməsində əziyyət çəkən şəxslərə təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb.