Sədərək rayonunun Dəmirçi kəndində yeni üzüm bağı salınıb
Muxtar respublikada üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində mühüm addımlar atılır. Bu sahənin inkişafı isə şərabçılıq ənənələrinin də davam etdirilməsinə yeni imkanlar açır. Sədərək rayonunun Dəmirçi kəndində fəaliyyət göstərən sahibkar Kamil Şükürov bu sahənin genişləndirilməsi məqsədilə yeni üzüm bağı salıb.
Sahibkar tərəfindən 3 hektar ərazidə əvvəlcədən aqrotexniki tədbirlər görülüb, ərazi üzüm əkini üçün yararlı vəziyyətə gətirilib. Başlanğıc olaraq 1 hektar ərazidə İtalyan sortu olan 2 mindən artıq üzüm(merlod) tingi əkilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.