Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə bağlı sərəncamını əsas tutaraq Sədərək rayonunda silsilə tədbirlər keçirilir, ətraf mühitin mühafizəsi və yaşıllıq zolaqlarının genişləndirilməsi daim diqqətdə saxlanılır. Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti aksiya zamanı Sədərək, Qaraağac, Dəmirçi kəndləri və Heydərabad qəsəbəsində yerləşən parklarda, yaşayış binalarının ətrafında əkilən ağaclara, meyvə bağlarına aqrotexniki qulluq göstərilib, ətraf alaq otlarından təmizlənib. Həmçinin Sədərək - Naxçıvan magistralının kənarlarında əkilən ağacların qurumuş budaqları kəsilib, yol kənarlarındakı alaq otları biçilərək götürülüb. Aksiyaya rayonda fəaliyyət göstərən təşkilatların əməkdaşları cəlb olunmuşdur