Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək gəncləri ilə görüş keçirib.
Görüşdə gəncləri salamlayan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bü gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının icrası uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edir. Naim Cahidzadə daha sonra Sədərək gəncliyinə dövlətimizin apardığı gənclər siyasətinin önəmindən danışıb. Cəmiyyətin gələcəyinin gənclər olduğunu vurğulayan icra başçısı öz gələcəyini düşünən hər bir cəmiyyətin gənclərə qayğı göstərməli olduğunu bildirib. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Sonda icra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Tədbirdə iştirak edən gənclərin hər biri gələcək karyeraları barədə fikirlərini bildirmiş, qarşılaşdıqları problemləri və həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.