Sədərək kəndində kənd sakinləri ilə görüş

 
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
Rayonun icra başçısı növbəti dəfə Sədərək kəndində kənd sakinləri ilə görüşüb.
Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.