Sədərək Rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
N.Cahidzadə milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü ictimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrulduqlarını bildirmişdir.
Daha sonra çıxış edənlər Ali Məclisin deputatı Arif Qasımov və Sədərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Kəmalə Əliyeva dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanaraq ictimai həyatın bütün sahələrində öz sözünü inamla dediyini qeyd etmişlər. Bayram tədbiri Sədərək rayon Mədəniyyət şöbəsinin incəsənət ustalarının və şagirdlərin ifasında rəngarən konsert proqramı ilə davam etdirilmişdir