Qaraağac kəndində kənd sakinləri ilə səyyar görüş

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 07 noyabr 2024-cü il tarixdə Sədərək Rayon Qaraağac kəndində kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə kənd sakinlərinin müraciəti əsasən, işlə təminat, Qaraağac kəndinin yollarının düzəldilməsi və suvarma suyu ilə bağlı olub.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.