Noyabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək rayonunda olub, sakinlərlə görüşüb.
Səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Sonra rayon icra hakimiyyətində vətəndaş qəbulu keçirilib.
Fuad Nəcəfli sakinlər, o cümlədən şəhid ailələri və qazilərlə fərdi söhbət aparıb, onların müraciətləri və problemləri dinlənilib. Bütün müraciətlər protokollaşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib