Naim Cahidzadənin Dəmirçi kənd sakinləri ilə görüşü

Sədərək də rayon icra hakimiyyətinin başçısının növbəti səyyar görüşü keçirilib
Noyabrın 14-də Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kənd sakinləri ilə görüşüb.
Rayon İcra hakimiyyətinin başçısı Naim Cahidzadə kənd sakinlərini salamlayaraq, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemlərin, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. Rayon rəhbəri sakinləri narahat edən problemləri dinləyərək məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.Qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək qeyd edib ki, dövlətimiz tərəfindən problemlərin vaxtında həlli üçün lazım olan bütün təxirəsalınmaz addımlar atılır.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Naxçıvan Muxtar respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.