Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşları ilə görüş keçirmişdir. Görüşdə icra başçısı qeyd etdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sahəsində də böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlərin görülməsi, təxirəsalınmaz layihələr həyata keçirilməsi nəzərdə tutulmuşdur. Suya ehtiyac olan yaşayış məntəqələrində yeni artezian quyuları qazılaraq qısa müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Sədərək rayonunun 2 kənd və 1 qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün yeni layihələrin həyata keçirilməsi üçün bir sıra mühüm işlərin görülməsi diqqətdə saxlanılır.
Daha sonra Sədərək Rayon Su Meliorasiya Sistemləri İstismarı idarəsinin müdiri vəzifələrini müvəqqəti icra edən Elmin Hüseynli rayonun suya olan ehtiyacı barədə məlumat vermiş, payız əkinlərinə suvarma suyunun verilməsində maneəçilik yaranmaması üçün su kanallarında təmizlik işləri aparıldığını bildirmişdir. Əməkdaşlarımız tərəfindən payız əkinlərinin suvarılması üçün torpaq sahələrinin vaxtında əkilməsi haqqında vətəndaşlara mütəmadi məlumat verilir ki, torpaq sahələrinin vaxtında əkilməsi və rayon ərazisində su ehtiyatlarından səmərəli istifadə olunsun. Daha sonra idarənin mövcud potensialı və görüləcək işlər barədə müzakirələr aparılmışdır.