Naim Cahidzadə Sədərək kənd körpələr evi- uşaq bağçasının müəllim və fidan kollektivi ilə görüşüb

Sədərək rayonunda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib.

 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı  Naim Cahidzadə Sədərək   kənd körpələr evi- uşaq bağçasının  müəllim və fidan kollektivi ilə görüşüb.

Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə görüşdə çıxış edərək bildirib ki, bu gün bu gözəl balalarla görüşün əsas məqsədi onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün körpə balalara daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır. Körpə üzünü güldürmək, uşaq sevincinə şərik olmaq hər birimizin ürəyindən gələn ən təmiz istək olmalıdır. Çünki uşaqlara olan qayğı Vətənin gələcəyinə olan qayğıdır. Bu gün nə qədər yaxşı diqqət ayırsaq, qayğı ilə yanaşsaq gələcəkdə o qədər sağlam nəsil yetişdirmiş olarıq.

Sonra müəllim kollektivi ilə görüşən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb.

Sədərək   kənd körpələr evi- uşaq bağçasının müdiri Mehdiyeva Günay rayon rəhbərinə  müəllim-fidan kollektivi barədə ətraflı məlumat verib, eləcə də onlara göstərdiyi qayğıya və səmimi münasibətə görə rayon rəhbərliyinə müəllim kollektivi adından minnətdarlığını bildirib.

 Sonda baxça uşaqlarına bayram hədiyyəsi təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.