Naim Cahidzadə Qaraağac kəndində kənd ağsaqqalları və ziyalıları ilə görüşüb.

Sədərək rayonunda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib.
Dekabrın 4-ü Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində kənd ağsaqqalları və ziyalıları ilə görüşüb. Rayon İcra hakimiyyətinin başçısı kənd sakinlərini salamlayaraq rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirib. Naim Cahidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.
Çıxış edənlər ağsaqqallıq və ağsaqqallıq missiyasını hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd etmişdir. Sədərək Rayon Ağsaqqallar Şurası və onun rayon inzibati-ərazi vahidlərində fəaliyyət göstərən üzvlərinin fəaliyyətləri dövründə Dövlət başçısı cənab İlham Əliyevin siyasətini, normativ aktları, Azərbaycan Ağsaqallar Şurasının tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq tədbirlərin daha səmərəli keçirilməsi üçün çoxsaylı işlər görüldüyünü vurğulamış və bu sahədə onlara şərait yaradan Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Bir qrup rayon ziyalısı çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə sədərəklilər adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər. Görüş rayon ağsaqqallarının rayonun ictimai-siyasi həyatında olan fəaliyyətlərindən, görülmüş və görülməsi nəzərdə tutulan təşkilati məsələlər barədə müzakirələrlə davam edib.