Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində səyyar qəbulda olub. Qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə maraqlanmış və həlli istiqamətində tapşırıqlar vermişdir. Hər görüşdə olduğu kimi, bu görüşdə də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə görüşdə çıxış edərək bildirib ki, görüşümüzün məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra Başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Sədərək rayonunda da ön plana çəkilir. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar keçilir, tez-tez vətəndaşların görüşünə gəlinir.
Daha sonra vətəndaşların müraciət və problemləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq göstərişlər verilib. Qəbulda İcra hakimiyyətinin şöbə müdirləri, rayonun idarə, müəsisə, təşkilat rəhbərləri və kənd icra nümayəndəsi də iştirak ediblər.