Dəmirçi kənd tam orta məktəbinin müəllim kollektivi ilə görüş.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 09 aprel 2024-cü il tarixində Dəmirçi kənd tam orta məktəbinin müəllim kollektivi ilə görüşüb. Qəbul zamanı icra başçısı çıxış edərək bildirmişdir ki, bu gün hər kəsə yaxşı məlumdur ki, son ildə Sədərəkdə bütün sahələrlə yanaşı, təhsil sahəsi də özünün intibah dövrünü yaşayır. Rayonda bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər ildən-ilə artmaqda davam edir. Heç şübhəsiz ki, bu uğurların kökündə təhsil sahəsinə, həmin sahədə çalışan insanlara olan səmimi münasibət, verilən dəyər və göstərilən dövlət qayğısı dayanır. Rayonda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz təhsil sahəsidir.
Çətin və şərəfli işlərində müəllimlərə uğurlar arzulayan icra başçısı daha sonra məktəbdə təhsil alan şagirdlərin daha fəal olması, təhsilə daha asan yiyələnməsi və gələcək həyatlarında düzgün ixtisas seçmələri ilə bağlı qarşıya çıxan problemlər və onların aradan qaldırılması üçün verilən təklifləri dinləmiş, aid məsələlər müəllim kollektivi ilə birlikdə müzakirə edilmişdir.