8 Noyabr - Zəfər Gününə həsr olunmuş tibbi aksiya

Sədərək rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirilib.
Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin təşkilatçılığı ilə keçirilən aksiyada Yeni Klinika, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikası və Binəqədi Tibb Mərkəzinin peşəkar həkim briqadaları tərəfindən Sədərək rayonunun sakinləri üçün müxtəlif sahələr üzrə tibbi xidmətlər göstərilib.
Aksiyada 320 nəfər rayon sakini müayinələrdən yararlanıb. Müayinələr zamanı xəstələrin şikayətləri dinlənilib, ilkin diaqnoz qoyulub, aparılan müayinələrin nəticələrinə əsasən müvafiq müalicə kursu təyin edilib, həmçinin müayinələrdən keçənlərə sağlamlığın qorunması üçün prafilaktik tövsiyələr verilib.
Qeyd edək ki, aksiya zamanı Şəhid ailələri və qazilər üçün xüsusi gözləmə otağı hazırlanıb və onlar növbədənkənar müayinələrə buraxılıb.