2023 – cü il 19 sentyabr antiterror əməliyyatlarında şəhid olmuş polis əməkdaşı Zamanov Xəzər Azər oğlunun əziz xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi

Sədərək rayon 1 saylı tam orta  məktəbin idman zalında   2023 – cü il 19 sentyabr antiterror əməliyyatlarında şəhid olmuş  polis əməkdaşı  Zamanov Xəzər Azər oğlunun əziz xatirəsinə həsr olunmuş voleybol üzrə rayon  birinciliyi keçirilmişdir. Tədbirə başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov, Gənclər və İdman idarəsinin rəisi Polad Rzazadə və digərləri çıxış edərək bildiriblər ki, Zamanov Xəzərin çevik polis alayı sıralarında  xidmət etdiyini  və  antiterror əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Tədbirdə iştirak edən  Şəhidin dayısı  Rzayev Eldəniz  yarışın təşkilatçılığına görə təşəkkürünü bildirmiş və idmançılara uğurlar arzu etmişdir.

Tədbirdə 19 şagird  iştirak etmişdir. Birinciliyin yekun nəticələrinə əsasən 1 saylı tam orta məktəbin komandası I yerə, 2 saylı tam orta məktəbin komandası  II yerə, Heydərabad qəsəbə tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Sonda qalib komandaların üzvlərinə  təşkilatçıların diplom və medalları ilə təqdim olunmuşdur.