20 Yanvar-Ümumxalq hüzn günü ilə bağlı Sədərək rayonunda anım mərasimi keçirilib.
Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Sədərək rayon Şəhidlər Xiyabanında şəhid məzarlarının önündən keçərək tər qərənfillər düzməklə ehtiramlarını bildiriblər. Hüzn əlaməti olaraq Sədərək rayonunda Azərbaycan Respublikasının Dövlət bayraqları yarıya qədər endirilib. Saat 12:00-da rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.