“2 Fevral-Gənclər Günü”

31 yanvar 2025-ci il tarixində Sədərək Rayon Mədəniyyət Sarayında “2 Fevral-Gənclər Günü” münasibətilə tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əsasən gənclərin dəvət olunduğu tədbirin rəsmi hissəsində Sədərək Rayon İcra Hakimmiyyəti başçısının müavini Pərviz Ağayev, Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə və 1 saylı tam orta məktəbin müəllimi Özləm Mahmudova çıxışlarında gənclər gününün mahiyyəti barədə məlumat verilmişlər. Çıxış edənlər Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər. Sonra Gənclər Gününə həsr edilmiş video çarx nümayiş edilmişdir.