Sədərək rayonunda 18 sentyabr “Milli Musiqi Günü” qeyd edilib.
Sentyabr ayının 18-i Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin doğum günüdür. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə həmin gün Milli Musiqi günü kimi qeyd olunması qərara alınmışdır.
Bu gün Respublikamızın hər yerində olduğu kimi Sədərək Mədəniyyət sarayında musiqi konsert proqramı keçirilib.
Tədbiri giriş sözü ilə Sədərək Musiqi məktəbinin müəllimi Bayram Səlimli açaraq ölməz bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından geniş söhbət açdı və sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın musiqi əsərlərindən ibarət musiqi nömrələri səsləndirildi.