“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində respublikamızın 85 rayon və şəhərlərində “Yaşıl bir dünya üçün həmrəy olaq” şüarı altında 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyasına Sədərək rayonunda start verilib.
Aksiya müddətində Sədərək rayonunda 10000 ədəd ağac əkilməsi nəzərdə tutulub. Aksiyanın birinci günü Heydərabad- Sədərək avtomobil yolunun Heydərabad qəsəbəsi ərazisindən keçən hissəsində yaşıllıq sahələrində keçirilib.
Aksiyanın ilk günündə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və eləcə də ictimaiyyət nümayəndələri yüksək fəallıqla iştirak ediblər. Ağacların əkilməsi üçün əvvəlki günlərdən hazırlıq işləri aparılaraq ərazilər müəyyənləşdirilib. Ayrılan ərazilərdə ağacların əkilməsi, qorunması və aqrotexniki qaydada qulluq göstərilməsi üçün lazımi şərait yaradılıb.
Gün ərzində 253 ədəd badam tingi əkilmişdir. Əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilərək suvarma işləri aparılmışdır.
Növbəti günlərdə aksiyanın uğurla keçirilməsi üçün hazırlıq işləri davam etdirilir