Sədərək rayon Dəmirçi kəndindən olan şəhid Gözəlov Rüfət Əzim oğlu mövludunun 4-cü ilində məzarı başında yad edildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Sədərək Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süleymanov Vüqar, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının əməkdaşları çıxış edərək qeyd ediblər ki, şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Ordu-xalq birliyinin qarşısında dayana bilməyən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Antiterror əməliyyatlarında 24 saat tamam olmadan suverenliyimizi bərpa etdilər, haqq-ədalət mübarizəsi apararaq ədaləti bərqərar etdilər. Bu faktorlar xalqımızı və ordumuzu Müzəffər etdi. Sonda Şəhidlərimizin oxuduğu məktəbin şagirdləri şeirlərlə şəhidlərimizi yad ediblər.