Tədbirdə Rayon İcra başçısı, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, şəhidimizin döyüş yoldaşları, qazilər, müharibə iştirakçıları, müəllimlər və rayon sakinləri iştirak ediblər. İlk öncə Sədərək kənd ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilmiş, şəhid məzarları üzərinə gül dəstələri qoyulmuş, çıxışlar edilmiş, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.