Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimləri ilə görüşüb. Naim Cahidzadə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər ətrafında görüş iştirakçıları ilə geniş diskussiya və fikir mübadiləsi aparıb.
İcra başçısı qeyd edib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azəbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir.
Görüşdə müəllim kollektivi mövcud problemlərlə bağlı təkliflərini bildirmiş, onlar üçün yaradılan şəraitdən razılıqlarını vurğulamış, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.